XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Pandemiya dövründə idman siyasətinin təşkili və inkişafı” müzakirə olunacaq
İdman 20:43 / 13.05.2020

Mayın 14-də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Pandemİya dövründə idman siyasətinin təşkili və inkişafı” mövzusunda onlayn konfrans keçiriləcək.
Konfransda müxtəlif idman növləri üzrə mütəxəssislərin, uşaq-gənclər idman məktəblərinin rəhbərlərinin, idman müəllimlərinin iştirakı nəzərdə tutulub.
Konfransın məqsədi uşaq, yeniyetmə və gənclərin fiziki inkişaf səviyyəsinin yüksəldilməsi, onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, inkişaf etdirilməsi və pandemiya dövründə ev şəraitində müntəzəm idman məşğələlərinə cəlb olunması istiqamətində müzakirələrin aparılması, bədən tərbiyəsi və idmanın təbliği işlərinin daha da genişləndirilməsi, uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

42458 oxunub

InvestAZ