XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Premyer Liqada sürüşmək qadağan edilir
İdman 18:22 / 13.05.2020

İngiltərə Premyer Liqasının klublarının futbolçularına məşqləri bərpa etdikdən sonra ilkin mərhələdə qadağa tətbiq olunacaq.
Oyunçular hazırlıq prosesi zamanı sürüşmə fəndindən istifadə edə bilməyəcəklər.
Bu, koronavirus pandemiyası səbəbindən uzun fasilədən sonra məşqə başlayan futbolçuların zədə riskini azaltmaq məqsədi daşıyır. Bu maddə 2019/2020 mövsümünün yenidən başlaması üçün layihə çərçivəsində təqdim edilməsi planlaşdırılan tövsiyələr siyahısına daxil edilib.
Oyunçular müntəzəm olaraq tibbi müayinələrdən və həftədə iki dəfə koronavirus testindən keçəcəklər, həmçinin hər biri 5 nəfərdən ibarət kiçik qruplar halında məşq edəcəklər.
Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

34999 oxunub

InvestAZ