XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



"Yarasalar"​ üçün yeni namizəd
İdman 15:14 / 13.05.2020

"Valensiya” baş məşqçi postunda dəyişiklik edə bilər.
İspaniya klubu hazırkı çalışdırıcı Albert Seladeslə yollarını ayırmağa hazırlaşır.
Koronavirus pandemiyası səbəbindən dayandırılan La Liqada hazırda 7-ci pillədə yer alan "yarasalar”ın Çempionlar Liqasına düşməmək təhlükəsi var. Bu üzdən Seladeslə vidalaşmaq istəyən rəhbərlik bu posta PSJ və "Arsenal”ın sabiq baş məşqçisi Unay Emerini gətirmək niyyətindədir.
Bu baş tutarsa, Emeri 8 ildən sonra "Valensiya”ya qayıdacaq. Çünki o, 2008-2012-ci illərdə bu komandaya rəhbərlik edib. Onun dönəmində "yarasalar” üç dəfə La Liqada 3-cü yeri tutub və Çempionlar Liqasında 1/8 finala qədər irəliləyib.

63953 oxunub

InvestAZ