XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Federasiya başsağlığı verdi
İdman 14:14 / 13.05.2020
Azərbaycan Güləş Federasiyası (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezident və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərovun vəfatı ilə bağlı məlumat yayıb.
AGF 68 yaşlı mütəxəssisin yaxınlarına, Rusiya və Dağıstan Güləş Federasiyalarına başsağlığı verib.
Qeyd edək ki, Maqomed Əliömərov bu gün koronavirusdan dünyasını dəyişib. O, 1952-ci il mayın 29-da Dağıstan Respublikasının Çaroda rayonunun Tlyaroş kəndində dünyaya gəlib. SSRİ idman ustası olan Əliömərov Sidney-2020 və Afina-2004 olimpiadalarında sərbəst güləşdə qazanılan uğurlara görə Rusiya Olimpiya Komitəsinin Ali Ordeni, 2007-ci ildə isə "Dostluq” ordeni ilə təltif edilib.
2008 - 2017-ci illərdə o, AGF-də sərbəst güləş üzrə vitse-prezident vəzifəsində çalışıb. M.Əliömərov Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib. Dağıstanlı mütəxəssis 2019-cu ildən Rusiyanın qadınlardan ibarət yığmasının baş məşqçisi kimi fəaliyyət göstərirdi.

49040 oxunub

InvestAZ