XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Mariya Stadnik Olimpiadanın tarixinə düşə bilər
İdman 13:23 / 13.05.2020
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında rekorda imza ata bilər.
Dünya Güləş Birliyinin rəsmi saytının verdiyi məlumata görə 32 yaşlı idmançı buna Olimpiya çempionluğu qazanacağı təqdirdə sahib çıxacaq. O, qızıl medal qazansa, olimpiya çempionluğuna nail olan ən yaşlı qadın güləşçi ünvanını ələ keçirəcək.
Stadnikdən əlavə bu rekordu hazırda 33 yaşında olan Yaponiya təmsilçisi Hiroe Minaqavanın da yeniləmək imkanı olacaq. Minaqava 2017 və 2018-ci il dünya çempionatlarında bürünc, ötən il isə gümüş medal qazanıb.
Qeyd edək ki, hazırkı rekord yaponiyalı 4 qat olimpiya və 10 qat dünya çempionu Kaori İtyoya məxsusdur. O, Rio-2016 Yay Olimpiya Oyunlarında 32 yaş 4 ay, 3 günündə ikən 58 kq çəki dərəcəsində qızıl medal qazanıb. Hazırda 36 yaşında olan İtyonun Tokio olimpiadasında iştirak ehtimalı çox aşağıdır.
Mariya Stadnik isə 48 kq çəki dərəcəsində Pekin-2008-də bürünc, London və Rio-de-Janeyro olimpiadalarında isə gümüş medal qazanıb.
Tokio-2020 koronavirus pandemiyası ilə əlaqədar gələn il 23 iyul - 8 avqusta təxirə salınıb.


39670 oxunub

InvestAZ