XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Növbəti vebinar dopinqlə mübarizəyə həsr olunub
İdman 19:57 / 12.05.2020
Mayın 12-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AIJF) Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə birlikdə dopinqlə mübarizəyə aid vebinar keçirib. Olimpiyadunyasi.com​ xəbər verir ki, vebinarda müxtəlif telekanal, qəzet, informasiya agentlikləri və xəbər portallarının 20-dən çox əməkdaşı, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman jurnalistikası proqramının magistrləri iştirak ediblər.
AİJF-nin prezidenti Qabil Mehdiyev AMADA-nın və federasiyanın birgə layihəsi olan vebinarın əhəmiyyətindən danışaraq media nümayəndələrinə təlimdə uğurlar arzulayıb.
AMADA-nın direktoru Şəfəq Hüseynli son günlərdə rəhbərlik etdiyi qurumun idmançılar və mütəxəssislər üçün belə təlimləri ardıcıl keçirdiyini vurğulayıb. O, təlimin media nümayəndələri üçün də əhəmiyyətli olacağını söyləyib.
Bir saat davam edən vebinarda antidopinq qayda pozuntularının aşkarlanması və araşdırmaların aparılması, qadağan edilmiş maddələrin qanunsuz dövriyyəsi və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, respublika idman federasiyalarının öhdəlikləri, antidopinq qayda pozuntuları mübahisələri üzrə qapalı dinləmə prosesi və Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən qərarların yoxlanılması kimi mövzulara toxunulub. Vebinarda media nümayəndələrinə dopinq yoxlamaları və müxtəlif qurumlarla əməkdaşlıq, idmançıların öhdəlikləri, hüquqları barədə və digər məsələlər haqqında slaydlarla məlumat verilib.
Sonda AMADA-nın hüquqşünası Fərhad Abbasov müxtəlif mövzularda sualları cavablandırıb.

30898 oxunub

InvestAZ