XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Səbəbkar təqsiri sərnişinlərdə gördü
İdman 19:25 / 12.05.2020
Məşhur basketbolçu Kobi Brayantla birgə helikopter qəzasında dünyasını dəyişmiş ​pilotun nümayəndəsi Ara Corc Zobayan gözlənilməz açıqlama verib. Belə ki, o, bildirib ki, helikopterin qəzaya düşməsinin səbəbi sərnişinlər olub. O, basketboçunun həyat yoldaşı Vanessa Brayantın ona və "İsland Express"​ helikopter şirkətinə qarşı iddiasına reaksiya verib.
"Hər hansı bir zədə və ya zərər birbaşa və ya dolayısı ilə iddiaçıların və ya onların ölənlərinin laqeydliyi və ya səhvi ilə nəticələnib. Eləcə də, bilərəkdən və könüllü şəkildə risklərə getmək və səhlənkarlıq nəticəni qaçılmaz edib. Buna görə də, yaranmış hadisədə sərnişinlər özləri cavabdehlik daşıyırlar”,- deyə Ara Corc Zobayan vurğulayıb.
Xatırladaq ki, Kobi Brayant yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində şəxsi helikopteri ilə səyahət edərkən həlak olub. Onunla birlikdə helikopterdə 13 yaşlı qızı Cianna və pilot da daxil olmaqla 7 nəfər olub. Ümumilikdə qəza nəticəsində 9 nəfər dünyasını dəyişib.


30289 oxunub

InvestAZ