XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



UEFA: 6 gün ərzində 3 oyun
İdman 13:12 / 12.05.2020
UEFA Millətlər Liqasının təqvimində dəyişiklik edə bilər. "Telegraph" nəşrinin məlumatına görə, qitə futbol qurumu beynəlxalq pəncərədə milli komandaların oyun sayını artırmağı düşünür.
UEFA təqvimdəki sıxlığı nəzərə alaraq 6 gün ərzində 2 deyil, 3 oyun keçirilməsini planlaşdırır. Qurum Millətlər Liqasında cari mövsümü itirməmək üçün bu varianta əl atmaq niyyətindədir.
Amma yeni ideyanın həyata keçməsi sual altındadır. Çünki futbolçuların milli forma ilə 2 gündən bir oyun keçirmək istəyib-istəməyəcəkləri hələ bilinmir.
Qeyd edək ki, bu mövsüm Millətlər Liqasının C liqasında mübarizə aparmalı olan Azərbaycan yığması Lüksemburq, Kipr və Monteneqro ilə birlikdə I qrupda yer alıb.



29730 oxunub

InvestAZ