XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Real" futbolçuların məvaciblərini azaldır
İdman 19:04 / 11.05.2020
Madrid​ "Real”ı yaxın zamanda futbolçularının əmək haqqlarını azaltmaq ehtimalı var. Belə ki, bu qərar növbəti mövsüm üçün birinci və ikinci komanda oyunçularına aid ediləcək. Həmçinin məşqçilər qərargahının üzvlərinin gəlirləri 30 faiz azaldılacaq. Bu qərar klub rəhbərlərinə da şamil ediləcək. 800 nəfərdən çox olan klub işçilərinin əmək haqqında isə dəyişiklik edilməyəcək.
Hazırda "Real”da​ əsas komanda oyunçularının əmək haqqı bir il müddətində 283 milyon avro hesablanır. Maaşların 30 faiz azalması kluba 85 milyon avro, ikinci komandanın məşqçilərinin və oyunçularının maaşlarının azalmasını isə 100 milyon avro qənaət etməyə səbəb olacaq.
Bu bütün futbolçulara eyni dərəcədə təsir göstərəcək. "Kral Klubu”nun ən yüksək maaşlı futbolçuları müdafiəçi Serxio Ramos və hücumçu Qaret Bayl digərlərindən fərqli olaraq daha çox pul itirəcəklər. Hər iki futbolçu bir mövsümə 14,5 milyon avro əldə edirlər. Lakin dəyişikliklərdən sonra onlar 4,3 milyon avro itirərək, bir mövsüm üçün 10 milyon avro qazanacaqlar.


30076 oxunub

InvestAZ