XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Beyl üçün 20 milyon avro
İdman 18:00 / 11.05.2020
Madrid "Real”ının uelsli hücumçusu Qaret Beyli İngiltərənin "Nyukasl” 20 milyon avro müqabilində​ satmağa hazırdır. 30 yaşlı Beyl "Real”ın ən yüksək maaş alan oyunçusudur. Onun müqaviləsinin müddəti 2022-ci ildə bitəcək. Odur ki, futbolçu hər il 10 milyon avronu itirməmək üçün komandada qalmaq istəyir.
"Nyukasl”da öz növbəsində yüksək məvacib vermək şərtilə bir neçə oyunçunu transfer etməyi düşünür. Onlardan biri də Beyldir.
Xatırladaq ki, ingilis klubunun sahibi Mayk Eşli klubun Səudiyyə investorlarına 300 milyon funt sterlinqə (370 milyon ABŞ dolları) satılması barədə razılığa gəlib.
Qeyd edək ki, Beyl "Tottenhem”dən "Real”a 101 milyon avroya transfer olunub.


29685 oxunub

InvestAZ