XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Türkiyə Super Liqasında yeni qaydalar
İdman 15:18 / 11.05.2020
Türkiyə Futbol Federasiyası iyunun 12-də bərpası gözlənilən Super Liqa ilə bağlı qaydaları açıqlayıb. Oyundan əvvəl futbolçuların görüşməsi və ümumi komanda şəkli çəkdirməsi qadağan edilib.
Qol zamanı texniki zonada qol sevinci də qeyd edilməməlidir. Matç zamanı oyunçu və texniki heyət hakimlərdən ən azı 2 mert uzaqda dayanmalıdır.
Ehtiyat oyunçular sırasında 2 metrlik məsafə qoyulmalıdır. Harda olursa-olsun, topa əlcəksiz toxunulsa, top dezinfeksiya edilməlidir.
Meydanda və ehtiyat zonada hər kəs üçün ayrıca su butulkası qoyulmalıdır. Meydandakı futbolçulardan başqa hər kəs öz butulkasını özü daşımalıdır. Meydandan kənarda hamı maska taxmalıdır. Matçdan bir gün əvvəl və sonra bütün stadion dezinfeksiya edilməlidir.

29640 oxunub

InvestAZ