XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Şahmatda onlayn gediş” sona çatıb​
İdman 12:08 / 11.05.2020
"Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə keçirilən "Şahmatda onlayn gediş” layihəsi çərçivəsində turnirə yekun vurulub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilən turnir 12 turdan ibarət olub. İsveçrə sistemi üzrə keçirilən yarışların seçmə mərhələsində 176 şahmatçı iştirak edib. Dairəvi sistem üzrə təşkil edilən final mərhələsində isə 10 şahmatçı mübarizə aparıb.
Turnirdə kişilər arasında ən yüksək nəticəni beynəlxalq usta Abdulla Qədimbəyli əldə edib. İkinci yeri Nail Bəşirli, üçüncü pilləni isə Şiroğlan Talıbov tutub. Qadınlar arasında turnirin qalibi isə Ləman Hacıyeva olub.
Turnirdə fərqlənən şahmatçılar mükafatlandırılıblar. Yarışa qatılan 12-14 yaşlı uşaqlar isə Orxan Abdulovun ödənişsiz dərslərində iştirak hüququ qazanıblar.
Yarışın texniki təşkilatçısı və hakimi beynəlxalq usta, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Orxan Abdulov olub.

31198 oxunub

InvestAZ