XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Dünya çempionatının ünvanı dəyişməyəcək​
İdman 11:35 / 11.05.2020
FİFA DÇ-2022-nin yerinin dəyişdirilməsi variantına münasibət bildirib. Ali futbol qurumunun nümayəndəsi koronavirus pandemiyası səbəbindən dünya çempionatının ev sahibliyinin Qətərdən alınacağı ilə bağlı suallara cavab verib.
FİFA rəsmisi virusla bağlı problemin həll olunacağına inandıqlarını söyləyib: "Dünya futbol ictimaiyyəti əla əməkdaşlıq, həmrəylik və birlik ruhunu nümayiş etdirdi. Bunun sayəsində FİFA koronavirus pandemiyasının futbola təsirini azaltmaq üçün federasiyalar və digər qurumlarla əməkdaşlıqda həll yollarının tapılacağına əmindir".
Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının 21 noyabr - 18 dekabr tarixləri arasında baş tutması nəzərdə tutulub.

30480 oxunub

InvestAZ