XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



ÇL: "Yuventus" - "Lion" oyununun vaxtı açıqlandı
İdman 16:46 / 10.05.2020
UEFA Çempionlar Liqasında İtaliyanın "Yuventus" klubu ilə Fransanın "Lion" komandası arasında keçiriləcək 1/8 final mərhələsinin cavab görüşünün vaxtı müəyyənləşib.
"Şirlər"in prezidenti Jan-Mişel Olas oyunun avqustun 7-də Turində təşkil olunacağını açıqlayıb. Matça azarkeş buraxılmayacaq.
Olas Fransa Liqa 1-in ləğvi ilə bağlı Peşəkar Futbol Liqasına apellyasiya verdiklərini də xatırladıb. Onun sözlərinə görə, şikayət nəticə verməsə, "Lion" və PSJ Çempionlar Liqasındakı rəqibləri tərəfindən məhv ediləcək.
Qeyd edək ki, PSJ artıq 1/4 finala yüksəlib. "Lion" isə ilk görüşdə "Yuventus"a qalib gəlib - 1:0. Fransa Liqa 1-i koronavirus pandemiyası üzündən ləğv olunub və PSJ çempion elan olunub.

30968 oxunub

InvestAZ