XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



"Portu" tarixə qovuşa bilər
İdman 16:05 / 10.05.2020
Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə problemi yaşayan "Portu" klubu iflas olmaq üzrədir. Portuqaliya təmsilçisi tarixinin ən ağır günlərini keçirir.
Avropa futboluna qazandırdığı futbolçularla böyük gəlirlər əldə edən "Portu"nun indi özünə təcili pul lazımdır. 250 milyon avro borcu olan klub iyunun 30-na qədər 100 milyon avroluq ödəmə etmək məcburiyyətindədir. Əks təqdirdə, klub dağılmaq təhlükəsi ilə üzləşə bilər.
Rəhbərlik bunun qarşısını almaq üçün təcili bir neçə futbolçunu satmağı planlaşdırır. Baş məşqçi Mendeş hətta bütün oyunçuların satılmasına razılıq verib. Əsas hədəf böyük klubların maraq dairəsində olan cinah müdafiəçisi Aleks Telleşi baha qiymətə satmaqdır.

30568 oxunub

InvestAZ