XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Daha bir klub​ üzvündə COVİD-19 tapıldı
İdman 13:37 / 10.05.2020
Drezden "Dinamo”sunda koronavirusa iki yoluxma halı aşkarlanıb.
Bu barədə klubun mətbuat xidməti bildirib.
Qeyd edilir ki, indi bütün komanda iki həftəni karantində keçirməli olacaq. Məlumata görə, COVID-19-la bağlı test verən digər futbolçularda yoluxma əlaməti yoxdur.
"Dinamo" Almaniyanın ikinci Bundesliqasında çıxış edir. İkinci Bundesliqanın oyunlarının mayın ortalarında davam etdirilməsi planlaşdırılır.
Mayın 17-də Drezden komandası ilə "Hannover-96”nın 26-cı turun görüşü planlaşdırılmışdı. Lakin iki futbolçuda koronavirusun aşkarlanması ilə əlaqədar matç keçirilməyəcək.
Xatırladaq ki, daha əvvəl Almaniyanın ikinci divizionunun başqa bir klubu - "Ersebirge" iki həftəlik karantinə gedib.


29895 oxunub

InvestAZ