XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Millətlər Kubokunda sonuncu yer
İdman 10:11 / 10.05.2020

Şahmat üzrə onlayn Millətlər Kubokunda əsas mərhələyə yekun vurulub. Azərbaycan təmsilçisi Teymur Rəcəbovun çıxış etdiyi Dünya yığması yarışı 4 xalla 6 komanda arasında sonuncu pillədə başa vurub. FIDE prezidenti Arkadi Dvorkoviçin kapitanlıq etdiyi kollektiv 10 görüşdən 1 qələbə, 2 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb.
Birinci yeri 17 xalla Çin tutub. ABŞ və Avropa hərəyə 13 xal toplasa da, amerikalılar lövhələrdə daha çox xal yığdıqları (ABŞ - 22, Çin - 21,5) üçün ikinci pilləyə layiq görülüblər. Rusiya 8 xalla dördüncü, Hindistan 5 xalla beşinci yeri tutub.
Beləliklə, bu gün keçiriləcək Superfinalda Çin və ABŞ üz-üzə gələcək.

33052 oxunub

InvestAZ