XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Arda Turan: “Elə bilirdim ki, “Bavariya”ya keçirəm”
İdman 19:33 / 09.05.2020

Türkiyəli yarımmüdafiyəçi Arda Turan 2015-ci ilin yayında "Atletiko” komandasından "Barselona” klubuna transfer olmasını xatırlayıb.

"Həmin vaxt mənim hər hansısa bir kluba kecəcəyim barədə məlumatım yox idi. "Barselona”ya keçdiyimi bilmirdim. Mənə bu barədə 15 gündən sonra məlumat verildi. Elə bilirdim ki, "Bavariya”ya keçirəm. Mənim bu barədə təsadüfən xəbərim oldu. Agentin çantasından yerə düşən sənəd üzərində "Bareslona”nın loqosunu görəndə çox təəccübləndim. Mən gözlərimə inana bilmirdim. "Barselona”dan gedəndə çox heyfsləndim. Valverde mənə oynamağa imkan vermirdi. Mən isə ən çox Messiyə və Suaresə köməkçi olurdum”,- deyə futbolçu xatırlayıb.
Qeyd edək ki, Arda Turan "Barselona” komandasının şərəfini qoruduğu 55 oyunda 15 qol və 11 qol ötürməsi ilə yadda qalıb. 33 yaşlı idmançının Kataloniya komandası ilə müqaviləsi 2020-ci ilin iyun ayına kimi qüvvədədir.


30136 oxunub

InvestAZ