XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ələkbər Məmmədovun 90 illiyinə həsr olunmuş turnir​
İdman 14:22 / 09.05.2020

Azərbaycan futbolunun tanınmış simalarından Ələkbər Məmmədovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar turnir keçiriləcək.

Veteran hücumçunun xatirəsinə həsr olunmuş turnirin koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi başa çatdıqdan sonra təşkili nəzərdə tutulub.
Bu gün isə federasiyanın rəsmi "Facebook" səhifəsində canlı yayım təşkil olunacaq. Canlı yayımda ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimov Ə.Məmmədovla bağlı xatirələrini bölüşəcək, gənc nəsil futbolçular üçün mərhum futbol ulduzunun həyat yolu və karyerası barədə söhbət açacaq.
Yayım saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Ələkbər Məmmədov SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü olub.


30614 oxunub

InvestAZ