XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ölkəmizdə daha bir onlayn turnir start götürür
İdman 13:32 / 09.05.2020

Mayın 9-da "Şahmatda onlayn gediş” layihəsi çərçivəsində turnir start götürüb. "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə keçirilən yarış ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib.

Turnirin 12 turdan ibarət İsveçrə sistemi üzrə keçiriləcək seçmə mərhələsi mayın 9-da, dairəvi sistem üzrə təşkil ediləcək final mərhələsi isə mayın 10-da müəyyənləşəcək. İlk mərhələnin yekununda 10 ən yaxşı şahmatçı finala vəsiqə qazanacaq.
Yarışın texniki təşkilatçısı və hakimi beynəlxalq usta, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Orxan Abdulovdur.


29336 oxunub

InvestAZ