XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Cüdoçularımızın Ramazan təbrikləri - VİDEO
İdman 14:16 / 08.05.2020
Azərbaycan cüdosunun tanınmış simaları müsəlmanların mübarək Ramazan ayı münasibətilə fikirlərini səsləndiriblər. Federasiyanın mətbuat xidməti tərəfindən hazırlanan videoçarxda Olimpiya çempionları, dünya və Avropa çempionları, mötəbər yarışların qalibləri yer alıblar.
Bu cüdoçular arasında Olimpiya çempionları Nazim Hüseynov, Elnur Məmmədli, dünya çempionu, millinin məşqçisi Elxan Məmmədov, Rio Olimpiadasının gümüş medalçıları - Rüstəm Orucov, Elmar Qasımov, Avropa çempionu Hidayət Heydərov, dünya və Avropa birinciliklərinin mükafatçıları - Nicat Şıxəlizadə, Orxan Səfərov, Məmmədəli Mehdiyev, milli komandanın üzvləri - Kəramət Hüseynov, Leylа Əliyevа, Aişə Qurbanlı, Gültac Məmmədəliyeva, Aytac Qardaşxanlı, Səbinə Əliyeva, qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov və Paralimpiya Yay Oyunlarının ikiqat qalibi İlham Zəkiyev bir-birinin ardınca təbrik mesajları yayımlayıblar. Cüdoçularımız Azərbaycan xalqına sağlıq, hüzur və xoşbəxtlik içərisində bir Ramazan ayı keçirmələrini diləyiblər.


31904 oxunub

InvestAZ