XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



WADA təlimatları yenilədi​
İdman 18:52 / 07.05.2020
Ümumdünya Antidopinq Agentliyi (WADA) koronavirus pandemiyası zamanı milli antidopinq agentlikləri üçün təlimatları yeniləyib.​
Əsas diqqət idmançıları testlərdən keçirməyə yönəlib.​
Təlimat pandemiyanın inkişaf etməkdə olan təbiətini, sınaq proqramına təsirini və bəzi ölkələrin məhdudiyyətlər səbəbindən normal vəziyyətə dönmələrini əks etdirmək üçün hazırlanıb. ​
Hesabatda, bu dönəmdə test müddətində nümunə götürmə prosedurlarının milli təşkilatlar və onların işçiləri tərəfindən tətbiq edilməli olduğu da bildirib.​
WADA prezidenti Vitold Banka idmançıların və ya onlarla əlaqə quran hər kəsin sağlamlığını təhlükəyə atmadan sistemin bütövlüyünü qorumaq üçün təlimat verdiklərini deyib. O, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra sitemin mümkün qədər tez tam gücü ilə qayıtmasının vacibliyini söyləyib.
Qeyd edək ki, Azərbaycanda dopinqə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) nəzarət edir.​

28473 oxunub

InvestAZ