XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionluq "Barselona"ya veriləcək​
İdman 16:00 / 07.05.2020
Futbol üzrə qadınlar arasında keçirilən İspaniya çempionatı bərpa olunmayacaq.​ İspaniya Kral Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümün vaxtından əvvəl yekunlaşdırılması qərarına gəlib.
Buna səbəb virusun yayılma təhlükəsinin yüksək olması göstərilib. 21 turda 59 xalla çempionata başçılıq edən "Barselona"nı federasiya çempion elan edəcək. Kataloniya klubu 19 qələbə, 2 heç-heçə ilə yadda qalıb. "Atletiko" (50 xal) gümüş, "Levante" (45) isə bürünc mükafata sahib çıxacaq.
Yüksək liqanı heç bir komanda tərk etməyəcək. "Valensiya" və "Espanyol" son yerlərdə qərarlaşsalar da, aşağı diviziona göndərilməyəcəklər.
Qeyd edək ki, koronavirus infeksiyası üzündən XXVII turdan sonra dayandırılan kişilərdən ibarət İspaniya La Liqasında "Barselona" 58 xalla birinci, "Real" isə 56 xalla ikinci pillədə yer alır.


29075 oxunub

InvestAZ