XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Uefa-2021 uğrunda iddialıların sayı artır
İdman 20:24 / 23.02.2019

UEFA 2021-ci ildə Çempionlar Liqasının finalına ev sahiblik etmək istəyən ölkələrin adlarını açıqlayıb.
"Olimpiya dünyası" qəzeti "Championat.ru” saytına istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasının finalının keçirilməsinə Almaniyanın Münhen ("Alyans Arena”) və Rusiyanın Sankt-Peterburq ("Qazprom Arena”) şəhərləri iddia edir.
UEFA Avropa Liqasının final oyununu keçirmək uğrunda Gürcüstanın Tbilisi ("Boris Payçadze adına Dinamo Arena”) və İspaniyanın Sevilya şəhərləri ("Ramon Sançes Pisxuan”) mübarizə aparacaq.
UEFA Superkuboku matçı isə Belarusun Minsk ("Dinamo” Milli Olimpiya Stadionu), Finlandiyanın Helsinki (Olimpiya stadionu), Şimali İrlandiyanın Belfast ("Uindzor Park”) və Ukraynanın Xarkov ("Metallist”) şəhərlərində keçirilə bilər.
Qadınlar arasında Çempionlar Liqasının final oyununu İsveçin Höteburq şəhəri ("Qamla Ullevi”) keçirməyə iddialıdır.
Avropa Liqası, UEFA Superkuboku və qadınlar arasında Çempionlar Liqasının final oyunlarına ev sahibliyi edəcək ölkələr mayın 29-da UEFA İcraiyyə Komitəsinin Bakıda təşkil olunacaq iclasında müəyyənləşəcək.
Çempionlar Liqasının finalının keçiriləcəyi yer haqqında qərar isə cari ilin sentyabrında məlum olacaq.
32759 oxunub

InvestAZ