XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Daha bir dünya çempionatı virtual formatda keçiriləcək
İdman 12:53 / 06.05.2020
Qapalı məkanda akademik avarçəkmə üzrə dünya çempionatı virtual formatda keçiriləcək. "Inside the Games" nəşrinin verdiyi məlumata görə turnirin bir neçə turdan ibarət və finalda "canlı virtual yarışlar"ın olacağı güman edilir. İştirakçılar real vaxtda yarışacaqlar və final 2021-ci il 27-28 fevralda olacaq.
Yarışda "Concept 2" statik simulyatorunun bütün sahibləri iştirak edə biləcəklər. Simulyator göstəriciləri ötürəcək və təşkilatçılar yarışdakı iştirakçıların nəticələrini müqayisə edəcəklər.
Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının prezidenti Jan-Kristoff Rollan qurumun ədalətli turnir keçirmək niyyətində olduğunu söyləyib. Funksioner yarışın bütün dünyadakı iştirakçılar üçün açıq olacağını bildirib.
Qeyd edək ki, dünya çempionatının qaydaları hələ təsdiqlənməyib.

32211 oxunub

InvestAZ