XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ronaldu qayıtdı, amma...
İdman 13:32 / 05.05.2020
"Yuventus”un hücumçusu Kriştianu Ronaldu Turinə gedib.
Bu barədə "Football Italia” xəbər verir.
Məlumata görə, 35 yaşlı portuqaliyalı futbolçunun şəxsi "Gulfstream G200 Galaxy” təyyarəsi bu axşam Turində yerə enib. İndi Ronaldu iki həftə karantində olmalıdır. O, bundan sonra komanda ilə məşqlərə başlaya biləcək.
Daha əvvəl bildirilirdi ki, İspaniya hökumətinin koronavirus pandemiyası səbəbindən tətbiq etdiyi karantinə görə uçuşlara məhdudiyyət qoyulması səbəbindən futbolçunun şəxsi təyyarəsi Madriddədir və o, Madeyranı tərk edə bilmir.
Xatırladaq ki, Ronaldu insult keçirmiş anasına baş çəkmək üçün martda İtaliyanı tərk edib. Sonra oyunçu koronavirus pandemiyasına görə tətbiq edilmiş karantin səbəbindən ailəsi ilə birlikdə Madeyra adasında qalıb.

30420 oxunub

InvestAZ