XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



PFL-dən rəsmi açıqlama
İdman 12:13 / 05.05.2020
"Premyer Liqanın bərpası ilə bağlı işlər Nazirlər Kabinetinin qərarına uyğun davam etdiriləcək".
Bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.
Qurum rəsmisi hələlik bununla bağlı yenilik olmadığını söyləyib: "Bilirsiniz ki, karantin rejimi mayın 31-dək uzadılıb. Hələ ki son məlumat budur. Operativ Qərargahdan hər hansı yeni xəbər alsaq, rəhbərlik bizə nə isə desə, ictimaiyyətə informasiya veriləcək".
Milli assosiasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL və UEFA-ya məlumat verməlidirlər. A.Şahgəldiyev bununla bağlı qitə futbol qurumuna cavab verməyə tələsmədiklərini söyləyib: "Həmin tarixə 21 gün vaxt var. Bunu indidən niyə açıqlayaq ki? Açığı, hər hansı cavab da hazırlamamışıq. Çünki vaxtımız var. Həmin gün yetişəndə hansı qərar qəbul olunsa, məlumat veriləcək".
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

48156 oxunub

InvestAZ