XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrossmeysterimiz bu gün mübarizəyə başlayır
İdman 10:04 / 05.05.2020
Bu gün şahmat üzrə onlayn Millətlər Kubokuna start veriləcək.
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da yer aldığı dünya yığması birinci raundda Çin komandası ilə üz-üzə gələcək. Dünya yığmasının heyətində T.Rəcəbovdan başqa, FIDE-ni təmsil edən iranlı Əlirza Firuzca, misirli Bassem Amin, ukraynalı Mariya Muzıçuk, eləcə də ehtiyat oyunçular perulu Xorxe Kori və qazaxıstanlı Dinara Saduakassova təmsil olunurlar. Yığmanın kapitanı isə FIDE prezidenti Arkadi Dvorkoviç olacaq.
Digər qarşılaşmalarda Avropa Rusiya, Hindistan ABŞ yığmaları ilə mübarizə aparacaqlar. İkinci raundda dünya yığması Hindistan, Rusiya ABŞ, Avropa Çin komandalarının qarşılaşmaları keçiriləcək.
Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.

32079 oxunub

InvestAZ