XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“İnter” məşqlərə başlayır
İdman 18:38 / 04.05.2020
İtaliyanın "İnter” klubu koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa etməyə qərar verib. Milan təmsilçisi mayın 5-dən etibarən hazırlığı bərpa edəcək. Artıq ölkə xaricində olan futbolçular da İtaliyaya qayıdıblar. Çilidən gələn Aleksis Sançesin də karantin müddəti mayın 4-də bitəcək. Beləcə, bütün komanda üzvləri klubun bazasında fərdi qaydada məşqlərə başlayacaqlar. Lakin hazırlıq prosesi zamanı sosial məsafə qorunacaq, gigiyenik qaydalara xüsusi əməl olunacaq.
Xatırladaq ki, daha öncə İtaliya A Seriyasında iştirak edən klublardan "Sassuolo”, "Bolonya”, "Roma” və "Parma” məşqləri bərpa edəcəklərinə dair açıqlama yaymışdı.

35684 oxunub

InvestAZ