XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Təhsil” kuboku yenidən başlayır
İdman 10:26 / 04.05.2020


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə mayın 9-10-da onlayn qaydada beynəlxalq "Təhsil” kuboku turniri keçiriləcək.
Təhsil Nazirliyinin, Milli Məclisin gənclər və idman komitəsinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, "Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək turnirdə 17 yaşadək şahmatçılar mübarizə aparacaqlar. Turnirdə yüksək reytinqli - dünya və Avropa birinciliklərində medal qazanmış və onlayn Qran-Pri turnirinin final mərhələsinə qədər yüksəlmiş şahmatçılar iştirak edəcəklər. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar isə birbaşa final mərhələsində iştirak hüququna sahibdirlər.
Ölkə şahmatçıları ilə yanaşı, dünyanın bir çox ölkəsindən reytinqli şahmatçıların da qoşulacaği turnir seçmə və final mərhələlərindən ibarət olacaq.
Turnirin qalibləri "Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları və pul mükafatları ilə mükafatlandırılacaqlar.

49157 oxunub

InvestAZ