XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



"Olimpiya günləri” -​ teleməkanda yeni layihə​ - VİDEO
İdman 18:51 / 03.05.2020
Milli Olimpiya Komitəsi və CBC Sport telekanalı ölkənin teleməkanında yeni layihəyə - "Olimpiya günləri” verilişinə start verib. Tamaşaçılara tam fərqli formatda təqdim olunan proqramda Azərbaycanın Olimpiya oyunlarında iştirakının tarixi, milli olimpiyaçılarımızın qələbəyə aparan yolu, tanınmış idmançılar, eləcə də MOK və federasiya rəhbərləri, habelə Beynəlxalq Olimpiya hərəkatının görkəmli nümayəndələri, həmçinin idmanla məşğul və ya bağlılığı olan tanınmış simalarla maraqlı söhbətlərin planlaşdırıldığı proqramın tək idman ictimaiyyəti üçün deyil, bütün televiziya tamaçaçıları üçün cəlbedici olması nəzərdə tutulub. Proqramda Olimpiya idman növləri​ ilə bağlı yeniliklər və maraqlı hadisələr haqqında məlumat veriləcək,​ atletlərimizin gündəlik həyatı, məşqləri, maraq dairələri ilə bağlı mövzulara toxunulacaq. MOK mətbuat xidmətindən verilən məlumata görə, tamaşaçılar üçün hədiyyəli viktorinaların təşkil olunacağı proqram həftənin şənbə günləri saat 12:00-da yayımlanacaq.


31655 oxunub

InvestAZ