XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



MOK videokonfrans təşkil edib
İdman 17:26 / 03.05.2020
Milli Olimpiya Komitəsi Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya qazanmış idmançılar və federasiyaların nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil edib. Videokonfransın əsas mövzusu qlobal koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan olunmuş karantin rejimi şəraitində idmançıların və onların məşqçilərinin fiziki, psixoloji və ümumi hazırlıq məsələsi və postkarantin dövründə gerçəkləşdirilməsi nəzərdə tutulan işlər olub. Qarşıdakı günlərdə BOK-un Olimpiya Oyunlarına təsnifat​ prosesi ilə bağlı yenilənmiş qanunları açıqlayacağı haqqında da idmançılara məlumat verilib. Bundan başqa Tokio-2020 Yay Oyunlarında iştirak üçün hazırlığın yüksək səviyyəsinə çatmış milli atletlərimizin karantin rejimində məşqlərini ev şəraitində davam etdirmələri müsbət dəyərləndirilib. MOK mətbuat xidmətindən verilən məlumata görə, videokonfransda fiziki formada qalmaları üçün idmançıların ev şəraitinə uyğun məşq kompleksləri əsasında çalışdıqları, onların psixoloji hazırlıq vəziyyətinin də yüksək səviyyədə qalması məsələsinin də diqqətdə saxlandığı qeyd olunub. Karantin müddətində MOK-un təşkil etdiyi #Evdeqal #idmanlaqal kampaniyası haqda da fikir mübadiləsi aparılıb. Yeni layihələrə dair təkliflər müzakirə olunub.​ Videokonfransın sonunda müzakirə olunan məsələlərlə bağlı suallar cavablandırılıb.
28918 oxunub

InvestAZ