XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Qarabağ” klubunun futbolçuları ehtiyacı olan insanlara yardım payladı
İdman 15:49 / 03.05.2020
Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən imkanlı şəxslərin, sahibkarların koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdəndir.
Respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da gündəlik davam edən xeyriyyə tədbirləri sosial məsuliyyəti, dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərin bariz göstəricisidir.
Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara hər gün baş çəkilir, onlara ərzaq yardımı göstərilir. Bu tədbirlərdən biri də Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Qarabağ” futbol klubu tərəfindən həyata keçirilib.
"Qarabağ” futbol klubu karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək, rayonda aztəminatlı ailələrə kömək məqsədilə ərzaq yardımı paylayıb.
Klubun rəhbərliyi, məşqçi heyəti və futbolçular rayon ərazisində 1 500 aztəminatlı ailəyə ərzaq bağlaması təqdim ediblər.

42417 oxunub

InvestAZ