XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



UEFA-dan yeni açıqlama
İdman 13:19 / 03.05.2020
UEFA Avropa çempionatının final mərhələsinin oyunlarını 2021-ci ildə planlaşdırıldığı kimi eyni 12 şəhərdə keçirməyi düşünür.
Qitə futbol qurumu düşünür ki, həlledici matçlar təqvimi də dəyişməməlidir.
Avro-2020-nin təşkilatçı şəhərləri, əvvəllər bildirildiyi kimi, təxirə salınmış turnirin oyunlarının qəbul etməsi ilə bağlı aprelin 30-dək UEFA-ya zəmanət verməli idi: "Avro-2020-nin 11 iyun- 11 iyul 2021-ci il tarixlərində olacağı gözlənilir. Turniri həminki təqvimlə və həmin 12 şəhərdə keçirməyə köklənmişik. Ancaq bu günə qədər turnir təqvimi rəsmən təsdiqlənməyib. Bu məsələylə bağlı 12 şəhərin hamısıyla əlaqə saxlamaqda davam edirik" - deyə mətbuat xidmətindən bildirilib.
UEFA qitə çempionatının koronavirus səbəbiylə 2020-ci ildən 2021-ci ilə qədər keçirilməsi barədə mart ayında qərar verib. Turnirin oyunlarının Avropanın 12 şəhərində - Sankt-Peterburq, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Bilbao, Dublin, Qlazqo və Londonda baş tutması planlaşdırılır.

46362 oxunub

InvestAZ