XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Bir həftə ərzində üç qarşılaşma keçirən ilk döyüşçü olmaq istəyirəm”
İdman 17:59 / 02.05.2020

Amerikalı qarışıq döyüş ustası Donald Serrone mayın 9, 13 və 16-da keçiriləcək UFC-nin növbəti üç turnirində iştirak etmək istədiyini bildirib. Mayın 9-da yarım çəki kateqoriyasında çıxış edən Serrone, Entoni Pettis ilə qarşılaşacaq. "Mən Entoni Pettisi məğlub etmək üçün gedirəm. Sonra isə: "Dana Uayt çərşənbə günü keçiriləcək döyüş üçün nəzərində kimsə var?”,- deyə soruşacağam. Mən burada qalıb, bir həftə ərzində üç qarşılaşma keçirən ilk döyüşçü olmaq istəyirəm”,​ -​ deyə vurğulayıb.
Qeyd edək ki, UFC 249 turnirinin əsas qarşıdurması mayın 9-da yüngül çəki dərəcəsi üzrə müvəqqəti çempion titulu uğrunda Toni Ferquson və Castin Getji arasında keçiriləcək.
İlkin qərara görə, T.Ferqüson ilə kəmər sahibi Həbib Nurməhəmmədov mübarizə aparmalı idi. Lakin idmançının karantin səbəbi ilə Rusiyanı tərk etmə icazəsinin olmadığına görə, o, C.Getji ilə əvəzlənib.


33469 oxunub

InvestAZ