XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Rusiya AVRO-2020-yə tam hazır olacaq
İdman 15:56 / 02.05.2020

Rusiya hökuməti 2021-ci ildə Avropa çempionatının keçirilməsi üçün zəmanət verib. Bu barədə ölkənin idman naziri Oleq Matıtsin TASS-a bildirib.
O, lazım olan hər şeyin İdman Nazirliyi tərəfindən edildiyini, zəmanətlərin təsdiqləndiyini və UEFA-ya göndəriləcəyini vurğulayıb. Nazir ölkənin AVRO-2020-yə tam hazır olacağını söyləyib.
Daha əvvəl UEFA qitə çempionatını 2021-ci ilin 11 iyun - 11 iyulunda eyni təşkilatçı şəhərlər və oyun qrafiki ilə keçirmək niyyətində olduğunu açıqlayıb. AVRO-2020-də A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.
Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır.

34734 oxunub

InvestAZ