XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Daha bir futbol çempionatında mövsüm başa çatdı
İdman 14:08 / 02.05.2020

Niderland və Fransadan sonra Avropanın daha bir ölkəsində futbol mövsümünə vaxtından əvvəl yekun vurulub.
2019/20 mövsümü Cəbəllütariq çempionatı koronavirus pandemiyasına görə başa çatdırılmayacaq. Bu haqda Cəbəllütariq Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Buna səbəb hökumətin assosiasiyaya cari mövsümün iyulun 20-dən əvvəl tamamlanmasının mümkün olmayacağını bildirməsi olub.
Assosiasiya UEFA ilə müzakirə etdikdən sonra 2020/2021 mövsümü üçün avrokuboklara vəsiqələri də müəyyənləşdirib. Altı komandanın yarışdığı liqadan turnir cədvəlindəki hazırkı mövqeyinə əsasən birinci pillədəki "Europa" Çempionlar Liqasında, ikinci sıradakı "Sent-Cozefs" Avropa Liqasında mübarizə aparacaq. Ölkə kuboku başa çatmadığı üçün 39 xalla 3-cü yerdə olan "Linkoln" də Avropa Liqasında çıxış edəcək.

30521 oxunub

InvestAZ