XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Mario Balotelli xatirələrlə yaşayır
İdman 19:40 / 01.05.2020
"Breşia” klubunun hücumçusu Mario Balotelli karyerasının ən yaddaqalan anlarından danışıb. "Adriano Qalliani məni "Milan”da görmək istəyirdi. "Mancester Siti” klubundan sonra mən "Yuventus”a keçmək istəyirdim. Lakin daha sonra A.Qalliani ilə qarşılaşdım və qərarımı dəyişdim. Bildiyiniz kimi mən "Milan”a azarkeşlik edirəm. Buna görə də, ürəyimin səsinə qulaq asdım. Həmin vaxt klub turnir cədvəlinin 7-8-ci pilləsində qərarlaşmışdı. Yəni "Yuventus” ilə razılaşmaq daha məntiqə uyğun olardı. Amma mənim ürəyimdə "Milan” olduğu üçün bu klubla yollarımız kəsişdi. Düzdür, "Qoca sinyora” daha düzgün seçim olardı, lakin həmin vaxt mənim ürəyimdə yalnız "Milan”a olan sevgim var idi.
Futbol karyeramda ən maraqlı və yaddaqalan an isə iki qol vurduğum Almaniyada keçirilən AVRO-2012-dir. Oyundan sonra baş verənlər mənim üçün çox emosional anlar idi. Qarşılaşma bitdikdən sonra mən tribunalara, anamın yanına getdim. O, sadəcə mənə baxıb ağlayırdı. Uzun müddətdən sonra mən ona "Bir söz deyəcəksən ya sadəcə ağlayacaqsan?” deyə sual verdim. Həmin anlar ürəyimdə ən gözəl və həssas xatirə kimi qalacaq. Karyeramın ən bərbad anlarını isə Avropa çempionatında İspaniya millisinə qarşı oynadığım görüşdə yaşamışam. Düzünü desəm, qarşılaşmaya biz tam hazır deyildik. Etiraf edim ki, həmin oyunu yenidən oynamaq istəyərəm”,- deyə futbolçu bildirib.

39852 oxunub

InvestAZ