XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Futbolçular "dayan"​ əmrinə tabe olmadılar
İdman 16:45 / 01.05.2020

Rusiyanın Krasnodar şəhərində futbolçuların iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi qeydə alınıb. İnsidentin səbəbkarı qırmızı rəngdə olan BMW markalı nəqliyyat vasitəsi olub. Bu avtomobilin sürücüsü polisin "dayan" əmrinə tabe olmayıb və hüquq-müfafizə orqanlarının avtomobili​ qovması nəticəsində belə hadisə baş verib. İnsident videokameralar tərəfindən lentə alınıb.
Məlum olub ki, avtomobil hazırda Estoniyanın "Nımme Kalyu" futbol komandasında çıxış edən Amir Natxo adlı futbolçuya məxsusdur. 24 yaşlı yarımmüdafiəçi İsrail millisinin futbolçusu, Rusiyada MOİK və "Rubin" klublarındakı çıxışı ilə tanınan Bibras Natxonun qardaşıdır.
Sükan arxasında isə o yox, Maykop "Drujba"sının sabiq oyunçusu Alan Xakonov olub. A.Natxo maşınını sürməyi A.Xakonova etibar edərək, özü də sərnişin kimi yanında əyləşib.
Hadisədən sonra sürücü polisdən yayınmağa çalışsa da, tezliklə tutulub.

30689 oxunub

InvestAZ