XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Millimizin futbolçusu uşaqlar üçün şeir səsləndirdi
İdman 16:45 / 01.05.2020
UEFA-nın Uşaq Fondunun koronavirus pandemiyası səbəbindən elan olunmuş karantin rejimində azyaşlı futbolçuları sevindirmək məqsədilə təşkil etdiyi "Çempion müəllimlər" rubrikasınının növbəti buraxılışı olub. 6-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan onlayn görüşdə Avropa futbolunun aparıcı məşqçiləri və oyunçuları ilə yanaşı, Azərbaycan millisi və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev də "müəllim" qismində iştirak edib.
Əvvəlcə karyerası barədə məlumat verən 28 yaşlı futbolçu "Qarabağ"la qazandığı tarixi uğurlardan söz açıb. Ardınca Azərbaycanın tanınmış şairlərindən Bəxtiyar Vahabzadənin "Ömür", Mikayıl Müşfiqin "Həyat sevgisi" və Ramiz Rövşənin "Gedək biz olmayan yerə" şeirlərini səsləndirib.
Q.Qarayev sonda isə uşaqlara pandemiya dövründə evdə qalmağı və gigeyena qaydalarına ciddi əməl etməyi məsləhət görüb.
Qeyd edək ki, "Çempion müəllimlər" rubrikasında Qara Qarayevlə yanaşı, Belçika millisinin ispaniyalı baş məşqçisi Roberto Martines, UEFA qadın futbolunun rəhbəri və "Qızıl top"un keçmiş sahibi Nadin Kessler, Qazaxıstanın "Astana" klubunun yarımmüdafiəçisi Abay Junusov da uşaqlara maraqlı hekayələr, nağıllar danışıb, şeir deyiblər.

32343 oxunub

InvestAZ