XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



"İnternet vasitəsilə yetirmələrimə tapşırıqlarımı verirəm"
İdman 19:27 / 30.04.2020
Ölkəmizdə karantin qaydaları aprelin 27-dən nisbətən yumşaldılıb. Nazirlər Kabinetinin qərarına əsasən, bir sıra sahələrdə fəaliyyətə icazə verilib. Lakin həmin sahələr arasında idman hələ ki, nəzərdə tutulmayıb. Bu o deməkdir ki, idmançılar məşqləri hələ də karantin qaydalarına uygun evdə qalmaqla, həyata keçirməlidirlər. Evdə idmanla məşğul olan atletlərimiz arasında kikboksinqçilər də var. Kikboksinq üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi, Əməkdar məşqçi Hakim Hacıyevlə əlaqə saxlayıb, onun fikirlərini öyrəndik. Gənc məşqçi onlayn qaydada yetirmələrinə tapşırıqlar verdiyini dedi: "Mən həm də Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin məşqçisiyəm. Martın 3-dən etibarən zalımız bağlanıb. Əlbəttə, bu, bütün idmançılar kimi bizə də xoş deyil. Amma mən internet vasitəsilə yetirmələrimə tapşırıqlarımı​ verirəm. Bilirəm ki, dediklərimə əməl edirlər. Çünki onlar titullu idmançılardır.​ Təbii ki, belələri müəllimi yaxşı başa düşür, bütün deyilənlərə əməl edirlər”.​

​ ​ Kənan Novruzov

29989 oxunub

InvestAZ