XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



La Liqa da bərpa tarixi müəyyənləşdi
İdman 17:03 / 30.04.2020
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış futbol üzrə İspaniya çempionatının bərpasına qərar verilib.
Karantin vəziyyətindən 4 mərhələli çıxış planı hazırlayan ölkədə çempionatın iyunun 5-12-də bərpası gözlənilir. İspaniyanın Baş Naziri Pedro Sançesin açıqladığı tədbirlər planına uyğun olaraq, futbolçulara mayın 4-dən etibarən fərdi məşqlərə başlamağa icazə veriləcək. Mayın 18-dək fərdi məşqlərin ediləcəyi ölkədə daha sonra qrup halında hazırlıqlara başlanacaq. İyunun 1-də komandalar məşqlərini tam heyətlə davam etdirəcəklər.
La Liqanın prezidenti Xavyer Tebas isə görüşlərin azarkeşsiz keçiriləcəyini söyləyib. O deyib: "Digər ölkələrdə komandalar artıq məşqlərə başlayıblar. İspaniyada futbol həmin ölkələrdəki kimi önəmli iqtisadi gücdür”.

31013 oxunub

InvestAZ