XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar Liqasında təsadüfi komanda olmayacaq
İdman 12:05 / 30.04.2020
Çempionlar Liqasında islahatlar aparılacaq. UEFA 2024/25 mövsümündən başlayaraq qitənin ən nüfuzlu turnirində yenilik etməyi planlaşdırır.Əsas dəyişiklik ondan ibarətdir ki, yarışa vəsiqələr fərqli şəkildə veriləcək. Bildirilir ki, bu addımla Çempionlar Liqasına ölkə çempionatında yüksək yer tutan klubların iştirakı mümkün olmayacaq. Yeni plana əsasən, son mövsüm deyil, 4 mövsümün nəticələrinə görə ən yaxşı reytinqə malik olanlar Çempionlar Liqasına yüksələcək. Yəni 2024/25 mövsümündə bu turnirə qatılmaq üçün klublar 2020/21 mövsümündən başlayaraq çempionatda yüksək nəticələr göstərməlidir. Bu addım təsadüfi komandaların bir illik uğur sayəsində Çempionlar Liqasına düşməsinin qarşısını almağa, həmçinin elit klubların yerini təmin etməyə xidmət edir.


30147 oxunub

InvestAZ