XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar Liqasının neytral meydan amili
İdman 20:11 / 29.04.2020

UEFA Çempionlar Liqasının qalan oyunlarını azarkeşsiz və neytral məkanlarda keçirə bilər. "The Guardian" nəşrinin verdiyi məlumata görə, buna səbəb Fransa hökumətinin ən az sentyabrın 1-dək ölkədə heç bir peşəkar futbol oyununa icazə verməməsidir. Plan baş tutsa, oyunlar Almaniya Bundesliqasındakı kimi sərt tədbirlər altında təşkil olunacaq.
Fransanın baş naziri Eduar Filipp ölkə çempionatında cari mövsümün davam etdirilməyəcəyini bildirib. PSJ prezidenti Naser əl-Xəlayfi isə neytral​ meydanda oynamağa hazır olduqlarını açıqlayıb.​
Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/4 finalında mübarizə aparacaq. UEFA daha öncə Çempionlar Liqası və Avropa Liqasının qalan oyunlarını avqustda keçirməyi planlaşdırdığını açıqlayıb.

55352 oxunub

InvestAZ