XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Fransada futbol mövsümü yekunlaşdı
İdman 17:17 / 29.04.2020

Fransanın 2019-2020-ci il mövsümünün futbol üzrə çempionatı vaxtından əvvəl başa çatıb.
Bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti bildirib.
Yarış koronavirus pandemiyasına görə martın 13-də dayandırılıb. Çərşənbə axşamı ölkənin Baş Naziri Eduar Filipp bildirib ki, kütləvi idman tədbirləri sentyabra qədər keçirilməyəcək.
Federasiya bəyanatında ölkə yarışının keçirilməsi ilə məşğul olan peşəkar futbol liqasından Fransa birinciliyinin idman nəticələri haqqında informasiyanı mümkün qədər tez verməyi xahiş edib. Federasiyanın İcraiyyə Komitəsi 2020-2021-ci il mövsümü çempionatının başlanması üçün şərtləri müzakirə etmək məqsədilə yaxın vaxtlarda toplaşacaq.
Fransa çempionatı 28-ci turdan sonra qeyri-müəyyən müddətə dayandırılıb. Turnir cədvəlinə PSJ liderlik edir.
Qeyd​ edək ki, daha əvvəl UEFA milli çempionatları avqustun 2-ə qədər başa çatdırmağı məsləhət görüb.


48436 oxunub

InvestAZ