XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Gənclər Liqası başlayır
İdman 16:58 / 29.04.2020

Xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər Liqasında oyunların azarkeşsiz olması şərtilə mayın 20-də bərpası nəzərdə tutulur.
Bu məsələ müvafiq liqada mübarizə aparan klubların nümayəndələri ilə mütəmadi müzakirə olunur.
Xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq, AFFA Gənclər Liqası barədə müvafiq addım ata bilər.
Qeyd edək ki, AFFA martın 3-dən müxtəlif yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda oyunları qeyri-müəyyən vaxta qədər təxirə salmışdı. Operativ Qərargah aprelin 27-dən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması barədə qərar qəbul edib.


42432 oxunub

InvestAZ