XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İkiqat Olimpiya mükafatçısı həyatla vidalaşdı
İdman 16:53 / 28.04.2020
Həndbol üzrə üçqat dünya çempionu Marina Bazanova 57 yaşında dünyasını dəyişib. Bu barədə Rusiya Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Keçmiş həndbolçu 1982, 1986 və 1990-cı illərdə SSRİ yığmasının tərkibində üçqat dünya çempionu olub. M.Bazanova 1988-ci ildə keçirilən Olimpiya Oyunlarının bürünc medalını qazanıb. 1992-ci ildə isə Birləşmiş komanda ilə birlikdə Olimpiya Oyunlarının üçüncüsü olub.
M.Bazanova karyerasının əsas hissəsini Kiyevin "Spartak” klubunda keçirib. O, məhz bu klubun tərkibində dəfələrlə SSSR çempionu və Avropa çempionlar kubokunu qazanıb. Daha sonra Almaniyanın "Valle Bremen” klubunda həm oyunçu, həm də məşqçi kimi fəaliyyət göstərib. Karyerasını bitirdikdən sonra Bremendə reabilitasiya mütəxəssisi vəzifəsində işləyib.


52694 oxunub

InvestAZ