XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Messinin vətənində futbol mövsümünə yekun vuruldu
İdman 14:40 / 28.04.2020
Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia ölkədə futbol mövsümünü erkən bitirdiklərini açıqlayıb. Qurum rəhbəri koronavirus pandemiyasına görə belə qərar verdiklərini bildirib:
"Mövsümü erkən bitirməyə qərar verdik. Futbolçular səhiyyə qurumları icazə verdikdən sonra yaşıl meydana qayıdacaqlar. Futbol ailəsinin hər üzvünün sağlamlığı təhlükədə olmadıqda başlayacağıq. Sağlamlıq hər şeydən önəmlidir".
Federasiya prezidenti 2 mövsüm aşağı liqaya klub düşməyəcəyini deyib. Yüksək liqada isə komandaların sayı artacaq və 2021/22 mövsümündə 24 deyil, 28 klub mübarizə aparacaq.

32383 oxunub

InvestAZ