XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Futbolsuz qalan azarkeşlərin diqqətinə!
İdman 12:25 / 27.04.2020

Bundesliqa rəhbərliyi mayın 9-dan oyunların bərpası haqda düşünür.

​ Bu haqda "Daily Mail” nəşri xəbər yayıb.​ Qəzet bəzi qadağalar barədə məlumat əldə edə bilib. Bildirilir ki, çempionat davam etdirildikdən sonra futbolçular otel, yaxud evlərində qala bilərlər. Amma onlara sekslə məşğul olmaq və öpüşmək qadağan ediləcək (tərəflərdən birində koronavirusun hansısa bir simptomu olarsa). Stadionlarda 300-dən çox şəxs olmamalıdır. Matça gələrkən arenada futbolçuların temperaturu yoxlanılacaq.


Oyundan sonra komandalar stadionu ayrı-ayrı vaxtlarda tərk etməlidir. Futbolçular yalnız fərdi butulka və içkilərdən istifadə edəcək. Bundan başqa, ümumi komanda şəkli çəkdirmək, əllə görüşmək, eləcə də uşaq futbolçularla ənənəvi müşayiət də qadağan edilir. Matçdan​ sonra müsahibələr minimum səviyyəyə endirilir.​ İlk məşqdən əvvəl isə bütün komandalar koronavirus testindən keçiriləcək.



31216 oxunub

InvestAZ