XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Baş nazir futboldan da​ danışıb
İdman 11:35 / 27.04.2020

İtaliyada koronavirus pandemiyasına qarşı mübarizənin ikinci mərhələsi başlayır.
Sərt karantin rejiminin yüngülləşdirilməsi ölkə futboluna da müsbət təsir edəcək.
Çünki mayın 4-dən etibarən futbolçulara fərdi məşq keçmək üçün icazə veriləcək. Hər şey gözlənilən kimi keçsə, gələn ayın 18-dən kollektiv məşqlərə start veriləcək. Ölkədə iyunun 1-dən başlayaraq bir sıra müəssisələrin açılması planlaşdırılır. Həmin tarixdən sonra futbol oyunlarının da azarkeşsiz keçirilməsinə icazə veriləcək. Futbolçular mütəmadi olaraq koronavirus testindən keçiriləcək, yoluxma halında təcrid qərarı veriləcək.
İtaliyanın baş naziri Cüzeppe Konti də məlumatı təsdiqləyib, oyunçuların mayın 4-də klubun bazasında fərdi hazırlıq keçməsinə icazə veriləcəyini söyləyib.

Qeyd edək ki, İtaliya A seriyasında son oyun XXVI tur çərçivəsində martın 9-da keçirilib.

28402 oxunub

InvestAZ